İranda silsilə terror aktları törətməyi planlaşdıran 5 terrorçu məhv edilib

İranda silsilə terror aktları törətməyi planlaşdıran 5 terrorçu məhv edilib
# 14 iyun 2016 21:57 (UTC +04:00)

Bakı-APA. İran polisi Xaş şəhəri yaxınlığında atışma zamanı 5 terrorçunu məhv edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, məhv edilən terrorçuların üzərindən 150 kq partlayıcı maddə və xeyli silah-sursat götürülüb.

Polisin məlumatına görə, silahlı qup 6 nəfərdən ibarət olub, onlardan beşi atışma zamanı öldürülüb, bir nəfər qaçıb.

Zərərsizləşdirilmiş qrup müqəddəs Ramazan ayında İran ərazisində silsilə terror aktları törətməyi planlaşdırıb.

Atışma zamanı bir polis əməkdaşı həlak olub, bir mülki şəxs yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR