Üç kiloqram narkotiklə tutulan 21 yaşlı qıza hökm oxunub

Üç kiloqram narkotiklə tutulan 21 yaşlı qıza hökm oxunub
# 22 sentyabr 2016 10:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, iclasda prokuror çıxış edərək M. Hüseynovanın 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Onun vəkili daha yüngül cəza verilməsini istəyib. M. Hüseynova isə peşman olduğunu deyib. Məhkəmənin hökmü ilə M. Hüseynova 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü M. Hüseynova Gəncədən Bakıya 3 kilodan çox marixuana gətirərkən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR