AMB: SWIFT-ə haker hücumu fəaliyyətimizə təsir etməyib - YENİLƏNİB

AMB: SWIFT-ə haker hücumu fəaliyyətimizə təsir etməyib - <span style="color: red;">YENİLƏNİB
# 13 may 2016 09:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dünyanın əksər ölkələrində olduğu kimi, SWIFT sistemindən milli və xarici valyutalarda hesablaşmalar sahəsində geniş istifadə olunmasına baxmayaraq beynəlxalq banklararası ödəmə sisteminə haker hücumun Azərbaycan Mərkəzi Bankının (AMB) fəaliyyətində heç bir təsiri olmayıb.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq AMB-dən məlumat verilib.

Bildirilib ki, SWIFT sisteminə haker hücumları əsasən bankların bu infrastruktura inteqrasiya olunmuş daxili informasiya sistemlərində xarici valyutalar üzrə hesablaşmaların aparılması istiqamətində olan zəif nöqtələrdən, boşluqlardan istifadə edilməklə həyata keçirilir: "Kütləvi informasiya vasitələrində geniş müzakirə olunan insident də məhz bu tipli boşluqdan istifadə edilməklə həyata keçirilib. Mərkəzi Bankın ödəniş və daxili informasiya sistemlərində SWIFT sisteminin yüksək təhlükəsizlik tələblərinə cavab verən inteqasiya metodlarından istifadə olunur və boşluqların yaranmaması üçün daim preventiv təhlükəsizlik tədbirləri görülür. Eyni zamanda SWIFT sisteminin təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə hazırladığı sistem yenilikləri tətbiq edilib və təhlükəsizlik tədbirləri daha da gücləndirilib".

SAAT 11:07

Bakı - APA-Economics. SWIFT beynəlxalq banklararası ödəmə sisteminə haker hücumu olub.

"APA-Economics" xəbər verir ki, sistemə müdaxilə edənlərin əsas hədəfi adı çəkilməyən kommersiya bankı olub.

Hakerlər sistemə daxil olaraq bir sıra mesaj göndərməyi bacarıb.

SWIFT-in açıqlamasında isə qeyd edilir ki, hakerlər sistemdaxili mesaj göndərməyə müvəffəq olsa da, sistemi sındıra bilməyib. "Baş verənlər göstərir ki, bir müddət öncə Banqladeş Mərkəzi Bankına hücum edən hakerlər bununla kifayətlənməyib. Bu, genişmiqyaslı kampaniyanın tərkib hissəsidir".

Xatırladaq ki, bu yaxınlarda Banqladeş Mərkəzi Bankına edilən haker hücumu zamanı 81 mln. ABŞ dolları oğurlanıb.

Qeyd edək ki, SWIFT 10 mindən artıq maliyyə təşkilatına xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR