Cavid Qurbanov: "Bakı Sərnişin Stansiyasında aparılan təmir işləri gələn il başa çatacaq"

Cavid Qurbanov: "Bakı Sərnişin Stansiyasında aparılan təmir işləri gələn il başa çatacaq"
# 17 dekabr 2015 10:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bakı Sərnişin Stansiyasında aparılan təmir işləri gələn il başa çatacaq.

APA-Economics”in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, təmir işləri qrafikə uyğun aparılır və vaxtında yekunlaşacağı gözlənilir: "Bilirsiniz ki, köhnə tikintini yeniləmək üçün müddət lazımdır. Onun aşağısında çox böyük qrunt suları mövcud idi. Hazırda bunun aradan qaldırılması üçün işlər gedir. İlk növbədə bu işlər görülməlidir ki, binaya zərər dəyməsin. Tikinti vaxtında yekunlaşacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR