Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var

Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var
# 17 avqust 2016 17:52 (UTC +04:00)

Gəncə. Azər Məmmədli-APA. Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

“Mercedes” və “VAZ 21011” markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri, 1990-cı il təvəllüdlü Rzayev Rauf müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR