Bakı. Şəhriyar Əlizadə - APA. Yevlaxda elektrovozun vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən oktyabrın 16-da Yevlax dəmir yolu stansiyasının ərazisində, qorunmayan keçiddə elektrovozla vurulmuş kişinin Şəmkir rayon sakini Rəhman Bayramov olduğu müəyyən edilib.
Qeyd edək ki, oktyabrın 16-da elektrovoz bir nəfəri vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb.