Gəncədə avtomobillə vurulan 26 yaşlı oğlan ölüb

Gəncədə avtomobillə vurulan 26 yaşlı oğlan ölüb
# 31 may 2016 06:54 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin “Sovxoz Nizami” adlanan ərazisindəki Üzeyir Hacıbəyov küçəsində şəhər sakini, 1981-ci il təvəllüdlü Vüqar Seyfullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Seymur İbrahimovu vurub. Xəsarət alan piyada hadisə yerində ölüb.


Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR