Müdafiə Nazirliyi: Şirvandakı hadisə zamanı hərbi qulluqçular arasında xəsarət alan olmayıb

Müdafiə Nazirliyi: Şirvandakı hadisə zamanı hərbi qulluqçular arasında xəsarət alan olmayıb
# 26 iyul 2016 17:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. “Bu gün Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda baş verən hadisə zamanı Müdafiə Nazirliyinin hərbi qulluqçuları arasında xəsarət alanlar olmayıb”.

Bunu APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd edək ki, ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı “Araz” zavodunda partlayış baş verib. Müdafiə Sənayesi Nazirliyinin yaydığı məlumata görə, partlayış nəticəsində ölən yoxdur, 11 nəfər yüngül xəsarət alıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR