Təcili tibbi yardım çağırışlarının daxil olduğu ünvanları müəyyənləşdirmək üçün yenilik ediləcək

Təcili tibbi yardım çağırışlarının daxil olduğu ünvanları müəyyənləşdirmək üçün yenilik ediləcək
# 21 aprel 2016 10:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı -APA. Yaxın gələcəkdə təcili tibbi yardım çağırışlarının hansı ünvandan daxil olduğu monitor vasitəsilə təyin ediləcək.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva bildirib ki, əhaliyə xidmət səviyyəsinin artırılması məqsədi ilə bir sıra işlər görülür. Onun sözlərinə görə, bölmələrin müasir və daha çox funksiyası olan yeni planşetlərlə təmin olunmasına başlanıb. Daxil olan sorğulara gedişlərə nəzarət gücləndirilib: "Hazırda Stansiyanın sanitar avtomobillərinin hərəkət trayektoriyası xüsusi monitor vasitəsilə nəzarətdə saxlanılır. Bu gün stansiyaya gecikmələrlə bağlı daxil olan şikayətlər əsasən ünvanların düzgün qeyd olunması ilə bağlıdır. Bu problem daha çox Bakı ətrafı qəsəbələrdə, yeni tikilən yaşayış massivlərində, həyət evlərində müşahidə olunur. Əsas üstünlük Binə qəsəbəsinə aiddir. Orada yollar da bərbad vəziyyətdədir. Çox vaxt təcili tibbi yardımın maşınları yolda xarab olub qalır. Həmin evlərin çoxunun ünvanı yoxdur".

İ. Əliyeva qeyd edib ki, bu gün stansiyanın ştatında olan işçi sayı 2600-dən artıqdır. Buraya həkimlər, orta tibb işçiləri, sanitar və digər işçilər daxildir. Hazırda Stansiyanın 21 stansiyası və 21 filialı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR