Lerikdə canavarlar kəndə hücum edib

Lerikdə canavarlar kəndə hücum edib
# 10 may 2016 14:02 (UTC +04:00)

Lerik. Ağəddin Babayev – APA. Lerik rayonunda canavarlar kəndə hücum edib.

Yerli sakinlərin APA-nın cənub bürosuna verdikləri məlumata görə, hadisə ötən gecə rayonun “40-cı kilometr” deyilən yaşayış məntəqəsində qeydə alınıb. Kəndə soxulan yırtıcı heyvanlar İnqilab Şahbazova məxsus fərdi təsərrüfatdakı qoyunlardan 8-i parçalayıb.

Kənd sakinlərinin sözlərinə görə, ərazidə əvvəllər də analoji hadisə baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR