Türkiyə kubokunun qalibi məlum olub

Türkiyə kubokunun qalibi məlum olub
# 26 may 2016 22:56 (UTC +04:00)

Türkiyə kubokunun final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, həlledici görüşdə İstanbul derbisi baş tutub.

Türkiyə Superliqasında çempionluğu son anda əldən verən “Fənərbaxça” ölkə kubokunda da məğlubiyyətə üzülüb. Bərbad keçən mövsümdən sonra ölkə kuboku vasitəsilə Avroliqaya vəsiqə qazanmaq, bununla da UEFA tərəfindən verilən cəzanı məhz bu mövsüm çəkmək istəyən "Qalatasaray" minimalhesablı qələbəyə sevinərək kuboku başı üzərinə qaldırıb.

Matçdakı yeganə qolun müəllifi almaniyalı Lukas Podolski olub. O, künc zərbəsindən sonra başla fərqlənib.

Türkiyə kuboku

Final

26 may

"Qalatasaray" - "Fənərbaxça" - 1:0

Qol: Podolski, 31

Hakimlər: Mete Kalkavan, Ceyhun Sesigüzel, Esat Sancaktar

Antalya stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR