Şərqi Çin dənizində 2 gəmi toqquşub, 17 nəfər itkin düşüb

Şərqi Çin dənizində 2 gəmi toqquşub, 17 nəfər itkin düşüb
# 07 may 2016 10:14 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bu gün səhər Şərqi Çin dənizində 2 gəmi toqquşub. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən balıqçı gəmisi xarici yük gəmisi ilə toqquşub və nəticədə batıb. 17 nəfərin itkin düşdüyü deyilir. İtkin düşən şəxslər Çinə məxsus batmış balıqçı gəmisinin balıqçılarıdır.

Hadisə yerinə gedən xilasedicilər 2 nəfəri xilas edə biliblər.

Xarici gəminin hansı ölkəyə məxsus olduğu açıqlanmır. Ərazidə xilasetmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR