Xocalı soyqırımı ilə bağlı Avropa Parlamentinə müraciət olunub

Xocalı soyqırımı ilə bağlı Avropa Parlamentinə müraciət olunub
# 25 fevral 2016 15:06 (UTC +04:00)

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mıətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə 1992-ci ilin 26 fevralında ermənilərin Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdiyi soyqırım aktı barədə məlumat verilib, Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olduğu diqqətə çatdırılıb.

Müraciətdə bu qətliamın bəşəriyyət tarixində ən qorxulu kütləvi terror aktlarından biri olmasına baxmayaraq hələ də Avropa Parlamenti tərəfindən soyqırım aktı kimi tanınmaması ilə bağlı narazılıq ifadə olunub. Müraciətdə həmçinin, ermənilərin1988-ci ildən bəri Dağlıq Qarabağ bölgəsində törətdiyi cinayətlər sadalanıb, Xocalı soyqırımının XX əsrin Xatın, Naqasaki, Xirosima qətliamları ilə müqayisə olunduğu bildirilib: “Beynəlxalq konvensiyalar, qəbul edilmiş beynəlxalq sənədlər Xocalı soyqırımı və buna bənzər soyqırımlarını pisləyir və qəbuledilməz sayır. “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” BMT Konvensiyasına əsasən Ermənistan hökümətini beynəlxalq hüquq qarşısında cavab verməyə vadar edilə bilər".

Hazırda hakimiyyətdə olan Serj Sarkisyan, Seyran Ohanyan, eləcə də Robert Köçəryan və digər şəxslərin beynəlxalq məhkəmə qarşısında cavab verməli olduğu diqqətə çatdırılıb. Sonda İsveç-Azərbaycan Federasiyasının üzvləri adından Avropa Parlamentindən Xocalı soyqırımının tanınması və bu qətliamda günahı olan şəxslərin cəzalandırılması tələb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR