Biləsuvarda avtomobillə vurulan 11 yaşlı uşaq ölüb

 Biləsuvarda avtomobillə vurulan 11 yaşlı uşaq ölüb
# 09 noyabr 2015 15:23 (UTC +04:00)

Bakı-APA. Biləsuvar rayonunda avtomobillə vurulan uşaq ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 3-də saat 15 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndində Bakı şəhər sakini Zakir Musayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən kənd sakini 11 yaşlı Sənan Muradovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq noyabrın 8-də orada dünyasını dəyişib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR