Bakıda Türkiyə vətəndaşları arasında dava olub

Bakıda Türkiyə vətəndaşları arasında dava olub
# 27 may 2016 13:09 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda Türkiyə vətəndaşları arasında dava olub.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Türkiyə vətəndaşı, 1987-ci il təvəllüdlü Kenan Özkulucu polisə ərizə ilə müraciət edərək həmvətənləri, 1984-cü il təvəllüdlü Uğur Başa və 1979-cu il təvəllüdlü Tuki Murat tərəfindən döyüldüyünü bildirib.

Faktla bağlı 8-ci Polis Bölməsində təhqiqat araşdırması aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR