"Texnikabank" əmanətçilərinə 98 mln. manatdan artıq kompensasiya ödənilib

"Texnikabank" əmanətçilərinə 98 mln. manatdan artıq kompensasiya ödənilib
# 17 mart 2016 10:52 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçisinə 98 mln. manatdan artıq kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən xəbərə görə, agent bankların filiallarında qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən başlanılıb.

"Texnikabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapitalbank” ASC seçilib.

Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR