Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun genişləndirilməsi ilə bağlı tender elan edilib

Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun genişləndirilməsi ilə bağlı tender elan edilib
# 16 aprel 2016 08:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bakı-Şamaxı-Muğanlı” avtomobil yolunun 91-107 km hissəsi 4 zolağa genişləndirilməsi ilə bağlı tikinti işləri üzrə satınalmalarla bağlı “Azəravtoyol” ASC tender elan edib.

APA-Economics”in məlumatına görə, Azərbaycan hökuməti “Azərbaycan Magistral Avtomobil Yolu 3, Əlavə Maliyyələşdirmə” layihəsinin icrası məqsədi ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından kredit əldə edərək həmin vəsaitin bir hissəsini “Bakı-Şamaxı-Muğanlı” avtomobil yolunun 13+290-15+140 kilometr hissəsinin 4 zolağa genişləndirilməsi üçün tikinti işlərinin maliyyələşdirilməsi məqsədi ilə sərf etmək niyyətindədir. Müqavilə Azərbaycan hökuməti ilə birgə maliyyələşdiriləcək.

“Azəravtoyol” Bakı-Şamaxı avtomobil yolunun Şamaxı şəhərinə kimi olan 16 kilometrlik hissəsinin genişləndirilməsi və təkmilləşdirilməsini həyata keçirəcək podratçı firmanın seçilməsi məqsədi ilə tikinti şirkətləri arasında ilkin seçim etmək niyyətindədir. Yol geometrik xüsusiyyətlərin təkmilləşdirilməsi və təhlükə risklərinin azaldılması məqsədilə bəzi yerlərdə yol oxunda dəyişikliklər istisna olmaqla mövcud yol oxu üzrə genişləndiriləcək.

Yolun mövcud hərəkət hissəsi qaşındıqdan və təmir olunduqdan sonra mümkün qədər genişləndirilən 4 zolaqlı, iki hərəkət hissəli yolun bir hərəkət hissəsi kimi istifadə olunacaq. Bu hissədə yolu 4 zolaqlı yola uyğunlaşdırmaq üçün mövcud iki körpüyə paralel olan körpülər tikiləcək. Bu yol əsasən yamac sürüşməsi problemi olan ərazilərdən keçir. Yolun genişləndirilməsi üçün tikintinin müddəti və əlavə olaraq qüsurların aradan qaldırılması müddəti hər biri 24 ay nəzərdə tutulub.

Tenderin ilkin mərhələsinə təklif vermək üçün sənədin ingilis dilində toplusu təqdim olunduqdan sonra, 150 manat və ya 100 ABŞ dolları məbləğində geri qaytarılmayan vəsait ödənildikdən sonra iştirak hüququ olan iddiaçılar tərəfindən əldə oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR