Xələf Xələfov: “Azərbaycanda seçkiləri müşahidə edəcək missiyalar üçün lazımi şərait yaradılıb”

Xələf Xələfov: “Azərbaycanda seçkiləri müşahidə edəcək missiyalar üçün lazımi şərait yaradılıb”
# 21 oktyabr 2015 15:39 (UTC +04:00)

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, X. Xələfov qarşıdan gələn parlament seçkilərinin demokratik və şəffaf mühitdə keçirilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü və seçkilərin müşahidə edilməsi üçün beynəlxalq tərəfdaşlara dəvətlərin göndərildiyini qeyd edib.

Nazir müavini seçki prosesində müşahidə missiyalarının öz vəzifələrini maneəsiz yerinə yetirməsi üçün lazımı şəraitin yaradıldığını nəzərə çatdıraraq, MDB müşahidə missiyasının seçki prosesində fəal iştirak edəcəyinə əminliyini ifadə edib. O, xarici müşahidəçilərlə bərabər, seçkilərin çoxsaylı yerli müşahidəçilər tərəfindən də yaxından izlənəcəyi barəsində məlumat verib.

MDB Müşahidə Missiyasının rəhbəri isə müşahidəçilər üçün yaradılmış şəraiti və seçki prosesini yüksək qiymətləndirdiklərini vurğulayıb. O, rəhbərlik etdiyi missiyanın seçkilərin müşahidəsini həyata keçirərkən obyektivlik, tərəfsizlik, siyasi qruplara dəstək verməmək və ölkənin daxili işlərinə qarışmamaq kimi prinsipləri rəhbər tutduğunu bildirib.

V. Qorkun qarşıdan gələn seçkilərdə ölkəmizə uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR