ÜAK Moskvanın "Cümə" məscidində baş verən insidentlə bağlı Rusiyada yaşayan azərbaycanlılara müraciət edib

ÜAK Moskvanın "Cümə" məscidində baş verən insidentlə bağlı Rusiyada yaşayan azərbaycanlılara müraciət edib
# 05 oktyabr 2016 18:05 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Ümumrusiya Azərbaycan Konqresi dünən Moskvanın "Cümə" məscidində baş verən insidentlə bağlı Rusiyada yaşayan azərbaycanlılara müraciət edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, müraciətdə ÜAK Rusiyada yaşayan həmyerlilərimizi təxribatlara uymamağa, müxtəlif Azərbaycan diaspor təşkilatlarının nümayəndələrini Rusiyadakı Azərbaycan icmasının sıralarına qarışıqlıq salan hansısa şərhlər verməkdən çəkinməyə çağırıb.

"Rusiya azərbaycanlıları Rusiya cəmiyyətinin ölkə qanunlarına və insan haqları normalarına riayət edən tərkib hissəsidir. Bu ölkədəki həmyerlilərimiz eləcə də prezident və Rusiya xalqlarının lideri Vladimir Putinin milli siyasətini hərtərəfli dəstəkləyir. Rusiyadakı mövcud millətlərarası və konfessiyalararası razılıq ölkə cəmiyyətində sabitliyin və sülhün qorunub saxlanılmasının başlıca şərtlərindən biridir. Millətlərin sülh şəraitində mövcudluğunun təmin olunması üçün olan hüquqi vasitələr və mexanizmlərə ciddi riayət olunmalıdır, dini ekstremizm və dözümsüzlüyün yaranmasına yol verilməməlidir. Bütün inanclı müsəlmanlardan xahiş edirik ki, Rusiyanın müsəlmanlarını ayıran deyil, birləşdirən faktorlara diqqət yetirsinlər",-deyə ÜAK-ın müraciətində qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR