“Günəşli” yatağında ən təhlükəli quyuda yanğın söndürülüb - YENİLƏNİB

“Günəşli” yatağında ən təhlükəli quyuda yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 15 yanvar 2016 12:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tədbirləri davam etdirir.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanan quyuların ətrafında deformasiyaya uğramış metal konstruksiyaların kəsilməsi, zonadan kənarlaşdırılması, eləcə də fontançıların quyular ətrafında sərbəst işləməsi üçün fasiləsiz tədbirlər həyata keçirilib, quyu və quyuətrafı konstruksiyaların soyudulması işləri yanğınsöndürmə desantı tərəfindən platformanın üzərində təşkil olunub.

Yanğınsöndürənlərin gərgin səyləri nəticəsində yanvarın 15-də qaz quyularının ən təhlükəlisində yanğını söndürmək mümkün olub.

Özüldə yanan digər quyuların da söndürülməsi istiqamətində işlər fasiləsiz davam etdirilir.

Xatırladaq ki, dekabrın 4-də təbii fəlakət nəticəsində "Günəşli" yatağındakı 10 nömrəli, ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza nəticəsində ümumilikdə 7 nəfər ölüb, 29 nəfər itkin düşüb.

Qəza nəticəsində "Günəşli" yatağında 2 neft, 4 qaz quyusuna yanğın keçib. Bundan öncə, görülən tədbirlər nəticəsində hər 2 neft quyusu, o cümlədən 1 qaz quyusu söndürülüb. Hazırda 2 qaz quyusu yanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR