BP-nin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda sualtı tikinti gəmisi inşa olunur

BP-nin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda sualtı tikinti gəmisi inşa olunur
# 11 yanvar 2016 15:17 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan İnvestisiya Şirkətinin əsas səhmdarlarından olduğu Bakı Gəmiqayırma Zavodunda ötən 2015-ci ildə 2 üzən qurğunun və 3 blok körpüsünün tikintisi başa çatdırılıb.

İqtisadiyyat və Sənaye Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hazırda zavodda BP şirkətinin sifarişi ilə dəyəri 378 mln. dollar olan “Xankəndi” sualtı tikinti gəmisinin inşası aparılır. Gəminin tikintisinin 2017-ci ilin aprel ayınadək tam başa çatdırılması nəzərdə tutulur.

Eyni zamanda, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə 3 ədəd 80 nəfərlik sərnişin gəmisinin tikintisi həyata keçirilir. Bu gəmilərin inşası üzrə işlər bu ilin aprelinədək başa çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR