Bişkekdə Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsert keçirilib - FOTO

Bişkekdə Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsert keçirilib - <span style="color: red;">FOTO
# 17 oktyabr 2015 16:03 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə bağlı Azərbaycanın Qırğız Respublikasında Səfirliyinin dəstəyi, Qırğızstanın “Kurak” İctimai Birliyinin və “Simfoniya Ala-Too” İctimai Birliyinin təşkilatçılığı ilə Toktoqul Satılqanov adına Qırğızstan Milli Filarmoniyasında Azərbaycan və Qırğızstan opera müğənnilərinin konserti keçirilib.

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyindən APA-ya verilən məlumata görə, tamaşaçılarla dolu olan nəhəng salonda keçirilən konsertdə Qırğız Respublikasının hökumət üzvləri, digər rəsmilər, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli ziyalılar - elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri, soydaşlarımız iştirak ediblər.

Konsertin dirijorları Cumaxmatov adına Qırğızıstan Dövlət akademik simfonik orkestrinin dirijoru, Qırğızıstanın Əməkdar Artisti Raxat Osmanaliyev və beynəlxalq müsabiqələr laureatı, M.F.Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev olub.

Azərbaycan tərəfdən Opera və Balet Teatrının solistləri, əməkdar artistlər İlahə Əfəndiyeva və Fərid Əliyev çıxış ediblər.

Qırğızıstanı isə Moldıbayev adına Opera və Balet Teatrının solistləri, beynəlxalq müsabiqələr laureatları Bakıt Ibıkeev, Daniyar Musayev, Kunduz Karıpaeva, Zaira Raimbekova və başqaları təmsil ediblər.

Konsertin sonunda Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov müğənnilərə möhtəşəm konsertə görə təşəkkür edib və onlarla xatirə şəkilləri çəkdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR