"Tottenhem" - “Qarabağ” matçının start heyətləri açıqlanıb

"Tottenhem" - “Qarabağ” matçının start heyətləri açıqlanıb
# 17 sentyabr 2015 20:32 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, təmilçimiz “Qarabağ” da bu mərhələdə ilk oyununa çıxacaq.

Çempionumuz Londonda “Tottenhem”in qonağı olacaq. Artıq ardıcıl ikinci dəfə bu mərhələdə çıxış edən ağdamlılar bu cəhdlərində ötənilki nəticəsini yaxşılaşdırmaq üçün oynayacaq.

Şübhəsiz ki, “Qarabağ”ın rəqibi çox güclüdü. Üstəlik, səfər amili “Qarabağ”ın işinin çətin olacağını təsdiqləyir. Ancaq Ağdam klubu son illərdə qazandığı Avropa təcrübəsinin hesabına nəsə edə bilər.

Uzun müddətdi zədən səbəbindən yaşıl meydanlardan uzaq düşən Maksim Medvedevin sıraya dönməsi və oynamağa hazır olması Qurban Qurbanovun “əlini gücləndirən” amillərdəndir.

Heç vaxt bu qədər geniş heyətlə oynamayan Ağdam klubunda yeni transferlər Miçel və Armenteros da şans veriləcəyi təqdirdə özlərini göstərə biləcəklər.

UEFA Avropa Liqası

Qrup mərhələsi, I tur

17 sentyabr

00:05. “Tottenhem” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)

London. “Uayt Hart Leyn”. Hakimlər: Adrien Yakkottet, Raffael Zeder, Vital Yobin, Yohannes Vogel (İsveçrə)

“Tottenhem”: 1. Huqo Lloris, 3. Danni Rous, 4. Tobi Alderveyld, 15. Erik Dayer, 16. Kiran Tripper, 27. Kevin Vimmer, 11. Erik Lamela, 17. Andros Taunsed, 20. Dele Alli, 28. Tom Kerol, 7. Son Hunq-Min

Ehtiyat oyunçular: 13. Mişel Vorm, 21. Federiko Fazio, 33. Ben Deyvis, 14. Klinton Nijye, 25. Coşua Onoma, 29. Harri Vinks, 10. Harri Keyn

Baş məşqçi: Mourisio Pokettino

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 77. Cavid Tağıyev, 9. Reynaldo

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 8. Miçel, 67. El Harbi El Jadeoui, 91. Coşqun Diniyev, 90. Samuel Armenteros

Baş məşqçi: Qurban Qurbanov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR