"Kapital Bank" "Arzularınızın səyahətini qazanın" adlı aksiya keçirir

"Kapital Bank" "Arzularınızın səyahətini qazanın" adlı aksiya keçirir
# 25 may 2016 08:51 (UTC +04:00)

Bakı - APA-Economics. "Kapital Bank" ASC-nin "Visa Gold" və "Visa Platinum" kart sahibləri “Arzularınızın səyahətinin qazanın” aksiyasında iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, "Visa"nın "Premium" kartları ilə alış-veriş etdikdə 6 ədəd səyahət paketi və 120 ədəd "Sabina" parfümeriya və kosmetika mağazalarına kupon əldə etmək olar.

Aksiyanın şərtlərinə görə müştərilər, ən azı 50 manatlıq nağdsız ödəniş etməli, bu ödənişi www.visa.com.az saytında qeydiyyatdan keçirməli və ödənişin qəbzini özündə saxlamalıdırlar. Aksiya 31 iyul 2016-cı il tarixədək davam edəcək. Aksiya barədə ətraflı məlumat üçün - https://www.visa-promotions.com/promotions/premiumaz/register.jsp

"Visa" kartlarını "Kapital Bank" filiallarında və ya bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. "Kapital Bank" Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR