Şəkidə çürümüş heyvan skeletləri və hissələri tapılıb

Şəkidə çürümüş heyvan skeletləri və hissələri tapılıb
# 23 sentyabr 2016 16:13 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Şəki şəhərdən 5-6 km məsafədə yerləşən məişət tullantıları atılan ərazidə müxtəlif ölçüdə çoxlu sayda at, iribuynuzlu və xırdabuynuzlu heyvanlara aid sümüklər, baş-ayaq və çürümüş skeletlər aşkar edilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şəki Rayon Baytarlıq İdarəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Özbaşına əraziyə atılmış heyvan skeletləri, baş-ayaq və heyvana məxsus digər hissələr baytarlıq mütəxəssislərinin nəzarəti altında xüsusi texnikanın köməyi ilə toplanıb və Şəki məişət tullantıları poliqonunda dərin quyu qazılaraq zərərsizləşdirilib. Ərazi 2%-li formaldehid məhlulu ilə dezinfeksiya edilib.

At və digər heyvanlara məxsus sümüklərin həmin əraziyə kimlər tərəfindən atılmasını aydınlaşdırmaq üçün idarə əməkdaşlarına xüsusi tapşırıq verilib. Eləcə də bu məsələnin aydınlaşdırılması üçün Şəki Şəhər Polis Şöbəsinə rəsmi müraciət edilib.

DBNX əhaliyə müraciət edərək bildirir ki, hər hansı səbəbdən ölmüş və ya kəsilmiş heyvanların toplanması və tədarükü barədə faktla rastlaşarlarsa, bu barədə DBNX-niın “qaynar xətt”inə məlumat versinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR