Fici arxipelaqı yaxınlığında 6,9 bal gücündə zəlzələ baş verib

Fici arxipelaqı yaxınlığında 6,9 bal gücündə zəlzələ baş verib
# 25 sentyabr 2016 00:49 (UTC +04:00)

Bakı-APA. Sakit okeanda, Fici arxipelaqının tərkibindəki Ndoy adasından 99 km aralıda 6,9 maqnitudalı zəlzələ baş verib. APA-nın TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Mili Geoloji Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, zəlzələnin episentri Ficinin paytaxtı Suva şəhərindən 194 km cənub-şərqdə 596 km dərinlikdə qeydə alınıb.

Bundan əvvəl Tonqa adasından 125 km qərbdə 183 km dərinlikdə 6,4 bal gücündə zəlzələ baş verib.

Sunami xəbərdarlığı verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR