Azərbaycandan Qazaxıstan və Türkmənistan limanlarına hərəkət edən iritonnajlı yük maşınları üçün tranzit xərcləri 40% azaldılıb

Azərbaycandan Qazaxıstan və Türkmənistan limanlarına hərəkət edən iritonnajlı yük maşınları üçün tranzit xərcləri 40% azaldılıb
# 02 dekabr 2015 14:52 (UTC +04:00)

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasından “APA-Economics”ə verilən məlumata görə, tranzit prosedurlarının sadələşdirilməsi və xidmət haqlarının aşağı salınması hesabına Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40% aşağı salınıb.

Eyni zamanda, Bakı-Aktau-Bakı istiqamətləri üzrə dəniz yolu ilə daşıma tarifləri də 20%-dək aşağı salınıb və hər iki istiqamət üzrə birlikdə 2100 ABŞ dolları həcmində müəyyənləşdirilib.

Bununla da, hər bir iritonnajlı yük avtonəqliyyat vasitəsi üçün hər gediş-gəliş tranzit xərcləri hər iki istiqamət üzrə birlikdə təxminən 2600 ABŞ dolları təşkil edəcək.

Görülmüş tədbirlər Azərbaycanın tranzit cəlbediciliyini və tranzit yükdaşımalarından gəlirlərini daha da artıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR