“Təmiz Şəhər” tullantılar arasından topladığı pulu xeyriyyə məqsədi üçün istifadə edib

“Təmiz Şəhər” tullantılar arasından topladığı pulu xeyriyyə məqsədi üçün istifadə edib
# 18 dekabr 2015 09:21 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Təmiz Şəhər” ASC tullantılar arasından aşkarlayaraq topladığı pulu xeyriyyə məqsədi ilə istifadə edib, geyim və məişət əşyaları alaraq uşaqlar evinə hədiyyə edib.

ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, həmin pullar “Təmiz Şəhər”in Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda 6-7 ay ərzində iş prosesi zamanı tullantılar arasından çeşidlənərək yığılan qəpiklər olub.

“Təmiz Şəhər”in əməkdaşları o pulla müxtəlif hədiyyələr alaraq Şüvəlan qəsəbəsində yerləşən internat məktəbini ziyarət edib. Uşaq evinin rəhbərliyi “Təmiz Şəhər”in xeyriyyə əməlini müsbət qiymətləndirib və kimsəsiz uşaqları sevindirdikləri üçün minnətdarlıq edib.

“Təmiz Şəhər”in bu fəaliyyəti ilə çəkisi 90 kiloqramdan çox olan müxtəlif nominallı qəpiklər həm xeyriyyə məqsədi ilə xərcləyib, həm də bu vəsait dövriyyəyə qaytarılmış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR