"Xalq Sığorta"nın öhdəlikləri 67%-dən çox artıb

"Xalq Sığorta"nın öhdəlikləri 67%-dən çox artıb
# 08 sentyabr 2016 08:53 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Xalq Sığorta” ASC aktivlərini artırıb.

"APA-Economics" şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, "Xalq Sığorta”nın məcmu aktivləri 2016-cı ilin II rübündə 51 mln. 005,053 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,5% çoxdur.

Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 1 mln. 326,247 min manat, qısamüddətli aktivləri 49 mln. 678,806 min manat təşkil edib.

Hesabat dövründə şirkətin öhdəlikləri 67,5% artaraq 10 mln. 733,177 min manat olub. Hesabat dövründə şirkətin uzunmüddətli öhdəlikləri 10 mln. 722,710 min manat, qısamüddətli öhdəlikləri isə 10,467 min manat təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı 29,7% artaraq 39 mln. 388,700 min manat, məcmu kapitalı isə 24,3% artaraq 40 mln. 271 min 876,03 manat təşkil edib.

2016-cı ilin I yarısında “Xalq Sığorta” cəmi gəlirləri 6 mln. 061 min 676,72 manat, cəmi xərcləri 5 mln. 214 min 938,73 manat olub.

Şirkət bu ilin ilk altı ayını 846 min 737,99 manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR