ABŞ-da etiraz aksiyası keçirilib

ABŞ-da etiraz aksiyası keçirilib
# 02 oktyabr 2016 09:42 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Los-Ancels şəhərində polisin 18 yaşlı gənci güllələyərək öldürməsi ilə əlaqədar etiraz aksiyası keçirilib.

APA-nın “Los Angeles Times” qəzetinə istinadən verdiyi məlumata görə, aksiyaçılar polisin hakim, andlı və cəllad olmasının yolverilməz olduğunu bildiriblər.

Qeyd edək ki, Los-Ancelsin cənubunda iki hadisə baş verib. Bunların birində polis avtomobili təqib edib, digərində polislə atışma olub, 18 yaşlı gənc ölüb. Polis gəncin silahlı olduğunu bildirib. Hazırda bu iki hadisənin nə dərəcədə bir-biri ilə əlaqəli olduğu müəyyənləşdirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR