Hikmət Hacıyev: “Ermənistan münaqişənin həllində irəliləyişləri əngəlləyərək siyasi təxribatlara yol verir”

Hikmət Hacıyev: “Ermənistan münaqişənin həllində irəliləyişləri əngəlləyərək siyasi təxribatlara yol verir”
# 12 iyul 2016 14:58 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Ermənistanın son iki ildə yeritdiyi siyasət və taktikaya nəzərə yetirdikdə, bu ölkənin münaqişənin həllində hər hansı irəliləyişləri əngəlləyərək siyasi təxribatlara yol verdiyini görürük”.


APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev Milli Diplomatiya Günü münasibətilə keçirilən tədbir çərçivəsindəki panel iclasında çıxışı zamanı deyib.


H. Hacıyev bildirib ki, Ermənistan apardığı siyasətlə danışıqlar prosesində irəliləyişin qarşısını almağa çalışır: “Məsələn, Ermənistan ötən müddət ərzində Azərbaycanın işğal edilmiş ərazilərində hərbi təlimlər keçirib”.

XİN sözçüsü Azərbaycanın xarici siyasətində əsas diqqət mərkəzində olan məsələlərdən birinin də TAP və TANAP layihələri olduğunu söyləyib: “Bu layihələrin həyata keçməməsində maraqlı olan müəyyən dairələr var. Bununla belə, Qərb dövlətləri TAP və TANAP layihələrinin həyata keçməsində maraqlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR