Suriya müxalifətinin nümayəndə heyəti danışıqlarda iştirak etmək üçün Cenevrəyə gəlib

Suriya müxalifətinin nümayəndə heyəti danışıqlarda iştirak etmək üçün Cenevrəyə gəlib
# 31 yanvar 2016 01:24 (UTC +04:00)

Bakı-APA. Ər Riyadın dəstəklədiyi Suriya müxalifətinin nümayəndə heyəti beynəlxalq danışıqlarda iştirak etmək üçün Cenevrəyə gəlib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə nümayəndə heyətindəki mənbə bildirib.

Məlumata görə, Ər Riyadda formalaşdırılmış danışıqlar üzrə Ali komitənin əlaqələndiricisi Suriyanın sabiq baş naziri Riad Hicab Cenevrəyə gəlməyib.

Onun əvəzinə nümayəndə heyətinə Əsəd əz Zoubi rəhbərlik edir.

Suriya böhranının dinc yolla nizamlanmasını nəzərdə tutan beynəlxalq “yol xəritəsi”nə əsasən, Suriya müxalifəti və hökuməti altı ay ərzində milli birlik hökumətinin formalaşdırılmasına dair razılığa gəldikdən sonra 18 ay ərzində ölkədə yeni konstitusiyaya dair səsvermə keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR