Əzizə Cəfərzadənin kitabları nəşr edilib

Əzizə Cəfərzadənin kitabları nəşr edilib
# 09 fevral 2016 15:33 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Xan” nəşriyyatı Əzizə Cəfərzadənin kitablarını nəşr edib. Nəşriyyatın redaktoru Nərgiz Cabbarlının APA-ya verdiyi məlumata görə, nəşr edilən kitablar yazıçının “Bəla” və “Gülüstandan öncə” romanlarıdır.

Bundan əvvəl isə Əzizə Cəfərzadənin “Bakı 1501” romanı çap olunub.

“Bəla” romanı Səfəvilər dövlətinin tarixinin bir mərhələsindən – Məhəmməd Xudabəndənin hakimiyyətə gətirilməsi və bu dövrdə baş verən hadisələrdən bəhs edir. Əsərdə I Təhmasibin böyük oğlu olan Xudabəndənin xarakteri, Allah adamı olması, döyüş və qan sevməməsi təsvir edilir.

“Gülüstandan öncə” romanı isə Sisianovun başçılığı ilə rus qoşunlarının Mustafa Xan Şirvaninin üzərinə hücumundan, onun məcburiyyət qarşısında Şirvanı tərk etməsindən, Cavad xanın həlakından bəhs edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR