“Bakcell” şirkəti müştərilərə öz balanslarını idarə etməyə kömək edən yeni alətlər panelini istifadəyə verib

“Bakcell” şirkəti müştərilərə öz balanslarını idarə etməyə kömək edən yeni alətlər panelini istifadəyə verib
# 18 mart 2016 16:10 (UTC +04:00)

Bakı. APA-Economics. Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti bu gün müştərilərə öz balanslarını idarə etməyə kömək edən yeni alətlər panelini istifadəyə verib.

Bu barədə “APA-Economics”ə şirkətdən məlumat verilib.

Məlumata əsasən, Maksimal dərəcədə sadə və rahat interfeysə malik olan MyBakcellim alətlər panelinin vasitəsi ilə aşağıdakı əməliyyatları yerinə yetirmək mümkündür:

  • Balansı yoxlamaq, artırmaq, nəzarət və idarə etmək;
  • İnternet paketlərinə abunə yazılmaq və məlumat almaq;
  • SMS paketlərinə abunə yazılmaq və məlumat almaq;
  • Tarifi dəyişdirmək və bu barədə məlumat almaq;
  • Bonuslara nəzarət etmək və bonuslar barədə məlumat almaq;
  • Bakcell şirkətinin təqdim etdiyi istənilən digər xidmətlərdən onlayn faydalanmaq.

Yeni internet səhifəsi açılandan sonra ekranın aşağı sağ tərəfində görünən “Bakcell” loqosuna (Ulduz) basmaqla müştərinin “Bakcell” hesabının statusunu göstərən real zaman rejimində pəncərə çıxır. “Bakcell” abunəçiləri istifadə etdikləri tarif planının adını və təfsilatlarını, bonus dəqiqələri, SMS və data paketləri haqqında məlumatı, aktiv data paketlərini və balanslarında qalan vəsaitin məbləğini bu pəncərədə görə bilərlər. Bundan başqa, yeni alətlər paneli müştərilərə öz tarif planlarını dəyişdirmək və balanslarına vəsait yükləmək imkanı verir. MyBakcellim Alətlər panelinin çoxfunksiyalı menyusu ilə Paketlər səhifəsindən istənilən paketə abunə yazılmaq mümkün olacaqdır.

“Bakcell olaraq, biz həmişə öz müştərilərimizin həyatını daha da rahatlaşdırmağa çalışırıq və məhz buna görə də indi biz bu yeni MyBakcellim alətlər panelini təqdim edirik”, - deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

“Bu alətlər panelinin vasitəsilə mobil internetdən istifadə edən abunəçilərimiz öz balanslarına nəzarət edə, tarif paketlərini nəzərdən keçirə və özləri üçün uyğun olanını asanlıqla seçə biləcəklər. Biz inanırıq ki, bu vasitə müştəri təcrübəsinin təkmilləşdirilməsinə xidmət edəcək və abunəçilərimizin nəzarət imkanlarını genişləndirəcək”,- deyə R.Şirer əlavə edib.

Sözügedən alətlər paneli səhifə tam yükləndikdən sonra “Bakcell” abunəçilərinin mobil telefon ekranlarında 5 dəqiqə ərzində görünüb gözdən itir. 30 saniyəlik fasilədən sonra bu alətlər paneli yenidən ekrana çıxır.

Bu alətlər panelindən istifadə etmək üçün “Bakcell” abunəçilərinin mobil telefon brauzerləri (Chrome, Mozilla, IE və Safari) Java sistemini dəstəkləməlidir. Abunəçilər MyBakcellim alətlər panelini mobil telefonlarda istehsalçı tərəfindən quraşdırılmış brauzerlərdə də istifadə edə bilərlər. JAVA skript xətaları göstərən internet səhifələrində bu yeni xidmət işləmir. OperaMini brauzerindən istifadə edən Bakcell abunəçiləri də bu yeni alətlər panelini aça bilməyəcəklər. HTTPS (secured) internet səhifələri də həmçinin dəstəklənmir.

MyBakcellim alətlər panelinin yeni funksiyaları arasında müştərilərə Bakcell tərəfindən təklif olunan istənilən paketə yazılmış abunəni ləğv etmək imkanı verən deaktivasiya düyməsi də var.

MyBakcellim alətlər paneli Bakcell abunəçilərinə olduqca sadə və şəffaf bir şəkildə Bakcell məhsullarını əldə etmək, danışıq dəqiqələrinin istifadəsinə və xərclərə nəzarət etmək imkanı verən çox rahat bir xidmətdir.

Qeyd edək ki, Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. “Bakcell”, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan “Bakcell”, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

5300-dən artıq baza stansiyası sayəsində “Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan “Bakcell” şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin 93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində “Bakcell” abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR