Yevlaxda 75 yaşlı kişi güllələnib

Yevlaxda 75 yaşlı kişi güllələnib
# 07 mart 2016 18:23 (UTC +04:00)

Yevlax. Ziya Əmirxanlı-APA. Yevlaxda 75 yaşlı kişi güllələnib.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Xaldan qəsəbəsində qeydə alınıb.

İnsident qəsəbənin mərkəzi küçəsində fəaliyyət göstərən ət mağazasında qeydə alınıb. Mağaza sahibi 1982-ci il təvəllüdlü Musa Rzayev həmyerlisi, 1941-ci il təvəllüdlü Adil Rüstəmovla borc üstündə mübahisə edib. O, mübahisədən sonra mağazanı tərk edən A. Rüstəmovu arxadan ov tüfəngi ilə güllələyib.

Kürək nahiyəsindən aldığı yaradan A. Rüstəmov hadisə yerində dünyasını dəyişib. M. Rzayev hadisəni törətdikdən sonra hüquq mühafizəçilərinə təslim olub.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR