Buktreyler Festivalının münsiflər heyətinin adı açıqlanıb

Buktreyler Festivalının münsiflər heyətinin adı açıqlanıb
# 13 aprel 2016 13:09 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi Buktreyler Festivalının münsiflər heyətinin adı açıqlanıb. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, münsiflər heyətinə xalq yazıçısı Çingiz Abdullayev, əməkdar incəsənət xadimi Ramiz Fətəliyev, rejissorlar Elxan Cəfərov və Ülviyyə Könül, kinooperator Nadir Mehdiyev, aktyor Ruslan Sabirli daxildir.

Buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda qiymətləndiriləcək. Sonda isə yekun olaraq Təşkilat Komitəsi hər bir münsifin verdiyi qiyməti toplayaraq qalibləri müəyyənləşdirəcək.

Qaliblərin adı 23 aprel Beynəlxalq Kitab günündə Nizami Kino Mərkəzində müəyyən olunacaq.

Qeyd edək ki, festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR