Pentaqon rəhbəri gözlənilmədən Əfqanıstana səfər edib

Pentaqon rəhbəri gözlənilmədən Əfqanıstana səfər edib
# 18 dekabr 2015 10:55 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Pentaqon rəhbəri Eşton Karter gözlənilmədən Əfqanıstana səfər edib. O, Əfqanıstanda amerikalı və yerli hərbçilərlə görüşlər keçirəcək.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Pentaqon rəhbərinin səfəri Əfqanıstan hökumətinin təhlükəsizlik sahəsində ciddi geriləmələrlə bağlıdır. Belə ki, bu il Taliban qruplaşmasının hücumlarından ölən şəxslərin sayı ötən illə müqayisədə artıb.

Konqresə təqdim edilən məruzəyə əsasən ilin əvvəlindən başlayaraq noyabrın ortalarına qədər Kabilə hücumların sayı 27% artıb. Əfqanıstan hökumət qüvvələri arasında da qurbanların sayı artmaqdadır.

Qeyd edək ki, ABŞ Əfqanıstandakı hərbi mövcudluğunu 2016-cı ilə qədər uzatmaq barədə qərar qəbul edib. ABŞ hərbçilərinin Əfqanıstanda qalmaları əfqan hərbçilərə təlim keçmək, eləcə də anti-terror əməliyyatlarında iştirak etməklə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR