İranın ali lideri Səudiyyə Ərəbistanı siyasətçilərini müqəddəs cəza gözlədiyini bəyan edib

İranın ali lideri Səudiyyə Ərəbistanı siyasətçilərini müqəddəs cəza gözlədiyini bəyan edib
# 03 yanvar 2016 10:47 (UTC +04:00)

Bakı - APA. İranın ali lideri Əli Xamenei şiə alimi Nimr ən-Nimrin edamına görə Səudiyyə Ərəbistanı siyasətçilərini müqəddəs cəza gözlədiyini bəyan edib.

APA-nın Press TV-yə istinadən verdiyi məlumata görə, Ə. Xamenei bildirib ki, günahsız məzlumun qanını tökməyin, öldürməyin nəticələri tezliklə olacaq.

Qeyd edək ki, Şeyx Nimr ən-Nimr Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən 2012-ci ildə ölkənin şərqində baş verən etiraz aksiyası zamanı saxlanılıb. 2014-cü ildə o, nifrətə çağırış, krala itaət etməmə və hüquq-mühafizə orqanları əməkdaşlarına hücum məqsədilə terrorçu meyllər yaratmaq maddələri ilə ittiham olunaraq barəsində ölüm hökmü çıxarılıb.

Ötən gün Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vaiz Nimr ən-Nimr və “Əl-Qaidə”nin Səudiyyə Ərəbistanındakı qolunun liderlərindən olan Faris əs-Zəhrani də daxil olmaqla terrorçuluqda təqsirli bildiyi 47 nəfərin edam olunduğunu açıqlayıb.

Edamdan sonra Tehranda Səudiyyə Ərəbistanı əleyhinə etiraz aksiyaları başlayıb. Bu ölkənin Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğa hücumlar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR