® “Unibank”ın “Albalı Plus” debet kartı daha sərfəli olub

<font color=red>® </font> “Unibank”ın “Albalı Plus” debet kartı daha sərfəli olub
# 15 avqust 2016 13:09 (UTC +04:00)

Bakı. APA-Economics. Bank kartı yalnız pul çıxarmaq və ya internetdə, mağazada ödəniş etmək üçün deyil.

“Unibank”dan “APA-Economics”ə verilən məlumata görə, hərəsi bir funksiya daşıyan 5-6 kartı cibdə gəzdirmək dövrü də bir neçə il əvvəldə qalıb. Kart müştərinin həyatınızda bir çox tələbatları ödəmək funksiyasında olmalıdır və 5-6 kartı əvəz edə bilən bank kartı artıq mövcuddur. Dostunuzdan, tanışınızdan fərqli olaraq, gündəlik bank əməliyyatlarınızın çoxunu cəmi bir kartla edə bilirsinizsə, demək siz “Unibank”ın “Albalı Plus” debet kartına sahibsiniz.

“Albalı Plus” debet kartına sahib olmaq sizə bir çox üstünlüklər verir:

- Hər alış-verişdə xərclədiyiniz vəsaitin 20%-dək hissəsi kart hesabınıza geri qayıdacaq;

- Kartdakı pulunuzu komissiyasız nağdlaşdırırsınız;

- Kartda qalan pulunuza illik 6%-dək depozit gəliri hesablanır;

- Debet kartı istəyinizə görə manat və ya dollar valyutasında sifariş edə bilərsiniz;

- Kartın hansı ödəniş sistemində olmasını seçə bilərsiniz;

- Partnyor və qeyri-partnyor mağazalarda çoxlu endirim və hədiyyələr sizi gözləyir;

- “Unibank Mobile” əlavəsində “Albalı Plus” debetlə etdiyiniz əməliyyatlar sizə “İphone 6S” və digər qiymətli hədiyyələr qazanmaq şansı verir. “Unibank Mobile” istifadəçiləri arasında keçirilən lotereyanın şərtlərinə görə, hər biri minimum 5 manat olan 3 əməliyyat, iştirakçıya 1 şans qazandırır.

İndi isə bu unikal kart hər kəs üçün daha əlçatan olub. Çünki “Unibank”ın keçirdiyi kampaniya çərçivəsində “Albalı Plus” debet kartının qiyməti cəmi 3 AZN/USD-dir.

Sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən “Unibank” filialına yaxınlaşmaqla və ya onlayn (http://debet.albali.az/)sifariş verməklə sərfəli “Albalı Plus” debet kampaniyasından siz də faydalana bilərsiniz! Kampaniya noyabrın 8-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR