Abşeronda yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib

Abşeronda yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib
# 05 noyabr 2015 11:41 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Abşeron rayonunda yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Hökməli qəsəbəsində ümumi sahəsi 30 kvadratmetr olan 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Hadisə zamanı bir nəfər tüstüdən zəhərlənib. Evin dam örtüyü yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR