Azərbaycan prezidenti Zığ-Əmircan-Yeni Suraxanı yolunun tikintisinə 3 milyon manat ayırıb

Azərbaycan prezidenti Zığ-Əmircan-Yeni Suraxanı yolunun tikintisinə 3 milyon manat ayırıb
# 02 avqust 2016 16:06 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, 62 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi məqsədi ilə 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR