Azərbaycanın Qazaxıstandakı səfirliyi: Ermənistan işğalçı olması faktını gizlətməyə çalışır

Azərbaycanın Qazaxıstandakı səfirliyi: Ermənistan işğalçı olması faktını gizlətməyə çalışır
# 15 aprel 2016 09:12 (UTC +04:00)

Bakı. Türbət Bağırova -APA. “Ermənistan-Azərbaycan münaqişəsində təcavüzkarın müəyyənləşdirilməsi üçün işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 və Baş Assambleyanın 62/243 saylı qətnamələrini xatırlatmaq yetərlidir”.

APA-nın xəbərinə görə, bu barədə Ermənistanın Qazaxıstandakı səfirinin “365info.kz” saytında dərc olunmuş “Ermənistanda qazaxları xəyanətdə - Azərbaycana dəstək verməyə görə ittiham edirlər” başlıqlı yazısına cavab olaraq Azərbaycan səfirliyinin yazısında deyilir.

Qeyd edilir ki, münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları əsasında başlayıb və hazırda işğal nəticəsində 1 milyondan çox azərbaycanlının mülkiyyət və digər hüquqlarının pozulub: “Ermənistanın təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına dəyən maddi ziyan milyardlarla dollarla ölçülür. Ermənistan səfirinin məktubunda Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qeyri-qanuni rejimi respublika kimi təqdim etmək onun arzularını gerçəklik kimi göstərmək cəhdidir. Eləcə də, beynəlxalq hüququn subyekti olmayan separatçı rejimi təbliğ etmək və onu münaqişə tərəfi kimi təqdim etməklə Ermənistan tərəfi işğalçı olmasını faktını gizlətməyə çalışır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR