Dəmir yolunun Alabaşlı-Gəncə mənzilində 4,5 km yol təmir olunur

Dəmir yolunun Alabaşlı-Gəncə mənzilində 4,5 km yol təmir olunur
# 27 sentyabr 2016 10:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "APA-Economics"ə verdiyi məlumata görə, Bu gün Alabaşlı-Gəncə mənzilində 4,5 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri bir həftə davam edəcək.


Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın "Moravia Steel" şirkəti arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 164 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR