Özbəkistanda rəssam Yusif Hüseynovun barelyefinin açılışı olub

Özbəkistanda rəssam Yusif Hüseynovun barelyefinin açılışı olub
# 04 mart 2016 12:40 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Özbəkistanda azərbaycanlı rəssam Yusif Hüseynovun yaşadığı evin qarşısında barelyefinin açılışı olub. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, barelyefin açılışı Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi əsasında təşkil olunub.

Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dövləti tərəfindən öz soydaşlarının irsinin öyrənilməsi, təbliğ edilməsi məsələsinin prioritet məsələ kimi qəbul edildiyini vurğulayıb.

Tədbirdə çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvü, professor Gülbahar Aşurova, sənətşünas Elmira Əhmədova, Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin icraçı direktoru Firdovsi Hüseynov rəssamın yaratdığı çoxsaylı əsərlərin bu gün də Özbəkistanda sevildiyini və yüksək qiymətləndirildiyini qeyd ediblər.

Y. Hüseynovun oğlu rəssam Zaur Mansurov ailəsi adından atasının xatirəsinin əbədiləşdirilməsi, onun yaşadığı binada xatirə lövhəsinin vurulmasına görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

Barelyefin müəllifi Özbəkistanın tanınmış heykəltaraşı, professor Marina Borodinovadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR