Basqal-Sulut yoluna alternativ yaradılır

Basqal-Sulut yoluna alternativ yaradılır
# 01 iyun 2016 15:43 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İsmayıllı rayonu Basqal-Sulut yolunda baş vermiş sürüşmə ərazisinə alternativ yolun çəkilişi işlərinə başlanılıb.


“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, yeni yol hissəsi 5 km-lik ərazini əhatə edəcək və sürüşmə zonasını kənardan keçəcək.

İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, bu gün Basqal-Sulut yolunun 10-cu kilometrliyində qeydə alınmış sürüşmə nəticəsində yolun təqribən 100-150 metrlik hissəsi çöküb. Sürüşmə yolun keçdiyi dağ yamacında böyük bir ərazini əhatə edir. Uzunluğu 13 km, eni isə təqribən 4-5 metr olan Basqal-Sulut yolu çınqıl örtüklüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR