Rio-2016: Keti Ledeki üzgüçülükdə dünya rekordunu yeniləyərək Olimpiya çempionu olub

<b>Rio-2016: </b>Keti Ledeki üzgüçülükdə dünya rekordunu yeniləyərək Olimpiya çempionu olub
# 13 avqust 2016 03:45 (UTC +04:00)

Bakı-APA. Rio-de-Janeyroda keçrilən Yay Olimpiya Oyunlarında ABŞ təmsilçisi Keti Ledeki 800 m sərbəst üsulla üzmə yarışında dünya rekordunu yeniləyərək qızıl medal qazanıb.

APA-nın məlumatına görə, artıq yeni dünya rekordu bu üzgüçülük növündə 8 dəqiqə 04,79 saniyə təşkil edir.

Beləliklə, Keti özünün 2014-cü ildə əldə etdiyi dünya rekordunu təzələyib.

İkinci yeri Yasmin Karlin (Böyük Britaniya), 3-cü yeri isə Boqlarka Kapaş (Macarıstan) tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR