Sabirabadda avtomobil aşıb, sürücü ağır yaralanıb

Sabirabadda avtomobil aşıb, sürücü  ağır yaralanıb
# 20 may 2016 18:27 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı – APA. Sabirabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun 16-ci kilometrliyində, Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini, 1979-ci il təvəllüdlü İmanov Əşrəf Mirzə oğlu "Mercedes" markalı, “90-ZP-779” dövlət nömrə nişanlı avtomobillə yüksək sürətdə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşaraq yolun kənarına düşüb.

Hadisə nəticəsində ağır xəsarətlər alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR