Yunanıstanda miqrant düşərgəsində güclü yanğın baş verib

Yunanıstanda miqrant düşərgəsində güclü yanğın baş verib
# 19 sentyabr 2016 21:50 (UTC +04:00)

Bakı-APA. Yunanıstanın Lesbos adasında miqrant düşərgəsində güclü yanğın baş verib.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, minlərlə insan təxliyə edilib.

“Hazırda 3-4 min miqrant adadakı düşərgəni tərk edib”, deyə yerli polis nümayəndəsi bildirib.

Məlumata görə, güclü külək alovu daha da gücləndirir. Polis yanğının qəsdən törədilməsini istisna etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR