Bakıda keçmiş həyat yoldaşını bıçaqlayan ər tutulub

Bakıda keçmiş həyat yoldaşını bıçaqlayan ər tutulub
# 26 dekabr 2015 11:34 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Qısqanclıq zəminində keçmiş həyat yoldaşına bıçaqla xəsarət yetirmiş Hacıbala Ağazadə tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dekabrın 25-də Yeni Suraxanı qəsəbəsində yaşayan Sədaqət Quliyevanın həyətinə gəlmiş keçmiş əri Hacıbala Ağazadə qısqanclıq zəminində ona bıçaqla xəsarətlər yetirib.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H. Ağazadə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR