ATƏT PA-nın məruzəçisi: “Dağlıq Qarabağ münaqişəsində siyasi prosesə qayıdış diqqət mərkəzimizdə olmalıdır”

ATƏT PA-nın məruzəçisi: “Dağlıq Qarabağ münaqişəsində siyasi prosesə qayıdış diqqət mərkəzimizdə olmalıdır”
# 10 may 2016 14:16 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Moldovadakı Dnestryanı münaqişədə 1992-ci ildən atəşkəsə əməl edilsə də, eyni sözü Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi barədə deyə bilmərik”.

APA-nın xəbərinə görə, bu barədə ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin məruzəçisi Margareta Cederfeltin “Neweurope” portalındakı “Qaçqın böhranı ilə mübarizə aparmaq müfəssəl təhlükəsizlik yanaşması tələb edir” başlıqlı yazısında deyilir.

Yazıda bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi eskalasiyanın artması “dondurulmuş” adlandırılan münaqişələrin heç də dondurulmuş olmadığını və hərbi toqquşmaların hər an baş qaldıra biləcəyini göstərdi: “Dağlıq Qarabağ münaqişəsində və Avropanın yaxın qonşuluğunda olan digər münaqişələrdə siyasi prosesə qayıdış diqqət mərkəzimizdə olmalıdır”.

M. Cederfelt qeyd edib ki, ATƏT PA-nın Tbilisidə keçiriləcək illik sessiyasında bu məsələlər müzakirə ediləcək.

Bununla yanaşı, yazıda vurğulanır ki, siyasi qeyri-stabillik, yoxsulluq, ətraf mühitin deqradasiyaya uğraması və insan haqları sahəsindəki çatışmazlıqlar həm miqrasiyanın, həm də zorakı ekstremizm və radikallaşmanın artmasına gətirib çıxarıb: “Problemlər effektiv şəkildə həll edilməsə, “miqrasiyanın idarə edilməsi” sadəcə, qısamüddətli həll yolu olacaq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR